Xəbərlər

Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirıldi

12 yanvar 2017-ci il tarixində doktorant və dissertantların müxtəlif mövzulara dair ətraflı cıxışları və hesabatları dinlənildi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai yığıncaq iştirakcılarını salamlayaraq Yeni ildə kollektivə bir daha can sağlığı və uğurlar arzuladı, sonra söz doktorant və dissertantlara verildi. Qəribov Zöhrab, Əhmədova Əsmər, Nuriyeva Mehriban, Hacıyeva Sevda, İslamzadə Rəhilə, İslamzadə Tariverdi və başqaları müxtəlif mövzular üzərində calışaraq müəyyən bilgilər əldə edilməsindən, elmi işlərin gedişində qarşıya çıxan problemlərdən, bir sıra vacib məsələlərin həll olunmasından bəhs etdilər. Doktorant və dissertantlarin hesabat yığıncağı müvəffəqiyyətlə başa çatdı.

© 2020 Əkinçilik ETİ