Xəbərlər

Türkiyədən gəlmiş alimlər Əkinçilik ET İnstitutunda oldular

10.10.2019 tarixində TAGEM Genel Müdür Yardımçısı İhsan Emiralioğlu, Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü Müdürü Dr. Abdulah ÇİL, Nazilli Pamuk Araştırma Enstitüsü Müdürü Koray Şimşek, Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü Pamuk işlahçısı Sedat Süllü, “Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsinin beynəlxalq eksperti Türkiyə Respublikasının Adana Tarımsal Araştırmalar İnstitutunun əməkdaşı Dr. İbrahim Cerit Əkinçilik ET İnstitutunda oldular. İnstitutun direktoru Cavanşir Təlai Türkiyədən gəlmiş alimləri səmimiyyətlə qarşıladı. İnstitutla tanışlıqdan başlayaraq onlar tarixi muzeydə, laboratoriya və şöbələrdə oldular, aparılan elmi tədqiqat işləri ilə maraqlandılar. C.Təlai institutun fəaliyyətinə və tədqiqat prioritetlərinə dair geniş məlumat verdi. Sonra C.Təlainin rəhbərliyi altında qarşılıqlı əməkdaşlığa dair məsələlər üzərində danışıqlar aparıldı.

Türkiyəli alimlər Azərbaycanda olduqlarından məmnunluq hissi keçirdiklərini, gəlişlərinin məqsədini, həmcinin Azərbaycanda həyata keçirilən iki layihəyənin gedişatını görmək üçün gəldiklərini bildirdilər. Qeyd etdilər ki, hər bir sahə üzrə önəmli layihələrin həyata keçirilməsində maraqlıdırlar.

Sonra Türkiyədən gəlmiş alimlər, institutun direktoru Cavanşir Təlai və layihənin Azərbaycan tərəfindən məsul icraçısı, “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova istixana şəraitində Double haploid texnikası ilə qoyulan təcrübə sahəsinə baxış keçirdilər və mövcud vəziyyəti müzakirə etdilər.

"Hibrid qarğıdalı toxumçuluğu" layihəsini əks etdirən cəkiliş aqroekspert, müxbir Nicat Nəsirlinin facebook səhifəsində canlı olaraq yayımlandı.

 

    

© 2020 Əkinçilik ETİ