Xəbərlər

Qobustan Bölgə Təcrübə Stansiyasında fermerlərə və elmi işçilərə Aqrar Subsidiya qaydalarına dair təlimlər keçirilib

Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında fermerlərə və elmi işçilərə Aqrar Subsidiya qaydalarına dair təlimlər keçirilib. Təlimlərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydalar barədə məlumatlar verilib. Təlimi giriş sözü ilə açan Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov Aqrar Subsidiya qaydaları ilə bağlı ilkin məlumatlar verərək, təlimin fermerlər və elmi işçilər üçün vacibliyini vurğuladı. O, Prezident İlham Əliyevin 2019-cu il iyunun 27-də imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanın əhəmiyyəti barədə geniş çıxış etdikdən sonra Kənd Təsərrüfatı Nazirliyindən ezam olunmuş  Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı Qəribov Zöhraba və Zəngilan Dövlət Aqrar İnkşaf Agentliyinin əməkdaşı İsmiyev Natiqə cıxış üçün söz verdi. Kənd Təsərrüfatı Nazirliyindən ezam olunmuş mütəxəsislər elektron sistemdə qeydiyyatdan keçmə prosesi və yeni qaydalarla bağlı məlumat verdilər. Qaydaya görə, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq. Subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək. Təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Yeni mexanizmlə fermerlərə subsidiyaların verilməsini, DAİM-lərin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.

Tədbirin sonunda  Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırdılar.

 

© 2020 Əkinçilik ETİ