Xəbərlər

Qobustan və Şamaxı DAİM-lərdə fermerlərə təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyində keçirilmiş müşavirədə mühüm məsələlərin icrası ilə əlaqədar Əkinçilik ET İnstitutunun təlimlərlə bağlı qrafikinə əsasən 5-6 noyabr 2019 tarixlərində Əkinçilik ETİ-nun Qobustan BTS-nin direktoru Atabəy Cahangirov Qobustan və Şamaxı DAİM-lərdə fermerlər üçün “Payızlıq taxıl səpinində zəruri aqrotexniki tədbirlər” mövzusunda təlimlər keçmişdir. Təlimlərdə cəmi 46 nəfər fermer iştirak edirdi. Təlimləri giriş sözü ilə açanQobustanvə Şamaxı rayon DAİM-in direktorları Həsənağa Hüseynov və Etibar Muradlı KTN-nin aqrar sahədə apardığı tədbirlərdən danışdılar. Şamaxı rayon DAİM-in direktoru E.Muradlı cıxışı zamanı qeyd etdi ki, bu gün keçirilən təlimlər həmin tədbirlərdən biri olaraq fermerlərin taxıl səpinində aparılmalı olan zəruri aqrotexniki tədbirlər haqqında biliklərinin artırılmasına xidmət edir.

Təlimçi Atabəy Cahangirov qara herik, paxlalı bitkilər və taxıl əkinindən sonra payızlıq taxıl səpini aparmaq üçün fərqli torpaq becərməsi işlərini nəzəri olaraq əsaslandırmaqla həyata keçirməsini ətraflı olaraq şərh etdi. Şum altına və ya səpinlə birlikdə verilməsi lazım olan makrogübrələr haqqında ətraflı məlumat verdi və onların miqdarının hesablanmasını izah etdi. Təlimçi həm də səpin üçün taxıl sortunun seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması  məsələlərinə aydınlıq gətirdi. Qobustanvə Şamaxı rayon fermerlərini maraqlandıran suallar ətraflı olaraq cavablandırıldı, müzakirələr aparıldı.

 

 

 

 

© 2020 Əkinçilik ETİ