Xəbərlər

Şəki DAİM-də fermerlərə təlim seminarı keçirilmişdir

Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyində keçirilmiş müşavirədə mühüm məsələlərin icrası ilə əlaqədar Əkinçilik ET İnstitutunun təlimlərlə bağlı qrafikinə əsasən 05.11.2019 tarixində Şəki DAİM-də Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi Dünyamalıyev Sevindik Əbil oğlu fermerlərə “Payızlıq taxıl səpinlərində zəruri aqrotexniki tədbirlər”mövzusunda təlim seminarı keçmişdir. Təlimdə 25 nəfər fermer iştirak edib. Təlim seminarın məqsədi bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyasının tətbiq edilməsinə və səpinin yüksək keyfiyyətlə aparılasına, həmcinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə və başqa ölkələrdən asıllılığın aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Təlim seminarında təqdimat əsasında fermerlərə bölgənin torpaq-iqlim şəraiti, lazımi texnikalar, torpaq becərmələri, tətbiq olunan sortlar, səpinin elmi əsaslarla aparılma qaydaları, səpin müddəti, səpin norması və s. haqqında məsləhətlər verilmiş, suallar cavablandırılmış, müzakirələr aparılmışdır.

                                             

© 2020 Əkinçilik ETİ