Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı beynəlxalq layihə çərçivəsində Slovakiyada müştərək tədqiqatların icrasında iştirak etdi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimova iki ay müddətində (03.08-01.10.2019) Slovakiya Respublikasının Nitra şəhərində Slovakiya Kənd Təsərrüfatı Universitetinin “Bitki fiziologiyası” və ”Genetika”  departamentlərində “Dəyişən xarici mühit və stres şəraitində məhsuldarlığın artırılması üçün qabaqcıl fenomik yanaşma üsulları vasitəsilə fotosintezin effektivliyinin tədqiq edilməsi” mövzusunda müştərək tədqiqatların icrasında iştirak etdi. Orada Əkinçilik ET İnstitutunun Genbankından götürülmüş 10 yumşaq buğda (Triticum aestivum L.) genotiplərinin quraqlığa və duza davamlılığı torpaq və hidroponika şəraitlərində qiymətləndirildi. Üçüncü yarpaq tam formalaşdıqdan sonra bitkilər stresə məruz qoyulmuşdur və yarpaqların nisbi su tutumu (RWC) və osmotik potensialı təyin edilmişdir. Sortların stresə həssaslıq dərəcələrini “non destructive” xluorofil fluoressensiya metodları (SPAD, Multiplex, Hand PEA, Photosyn Q) vasitəsilə təyini üzrə təcrübələr aparmışdır. Həmçinin Fizioloji metodlarla yanaşı molekulyar analiz metodlarını (DNT, RNT və mikro RNT-nin ayrılması, poliadenilləşmə və DNT-nin sintezi reaksiyaları, agaroza və poliakrilamid gellərində elektrofarez, PCR və qRT-PCR reaksiyaları) öyrənmişdir. 

Sonda “Bitki fiziologiyası” və “Genetika” departamentlərinin əməkdaşları ilə sıx elmi  müzakirələr aparılmış, gələcək layihələrin  birgə icrası planlaşdırılmışdır. 

 

© 2020 Əkinçilik ETİ