Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları Tərəvəzçilik ET İnstitutunda keçirilən seminarda iştirak etdilər

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Mərkəzi Asiya kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsi çərçivəsində xarici ekspert, Avropa Konservasiyalı Kənd Təsərrüfatı Federasiyasının baş katibi Emilio Qonzales tərəfindən “Konservasiyalı əkinçilik” mövzusunda konservasiyalı əkinçiliyin prinsipləri və faydalarına dair 11-15 noyabr tarixlərini əhatə edən seminar keçirilmişdir. Tərəvəzçilik ET İnstitutunun idarə heyətinin sədri Elmar Allahverdiyev seminarı giriş sözü ilə açaraq onun əhəmiyyətindən bəhs etmişdir. E. Qonzales konservasiyalı əkinçiliyin davamlı mexanizasiyası və əsas maraqlı tərəflər, pestisidlərin davamlı idarə edilməsi, əkinçiliyin ekoloji aspektləri, ətraf mühitə təsirin qiymətləndirilməsi və s. mövzularda təqdimatlarla çıxış etmişdir. Sonra iştirakçılar arasında qrup işləri yerinə yetirilmiş, hər bir mövzu üzrə məruzələr edilmişdir. Seminarda Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə yanaşı Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin, AMEA Genetik Ehtiyatlar İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak edirdilər.

© 2020 Əkinçilik ETİ