Xəbərlər

Əkinçilik ET İnstitutunda “Zərərvericilərə qarşı inteqrir mübarizə” mövzusunda təlimlər keçirilir

Əkinçilik ET İnstitutunda FAO-nun “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi ” layihəsi çərçivəsində “Zərərvericilərə qarşı inteqrir mübarizə” mövzusunda 18-21 noyabr tarixlərində keçiriləcək təlim öz işinə başladı. İnstitutun direktor müavini Atif Zamanov tədbiri açıq elan edərək iştirakçıları salamladı, onları layihə ilə tanış etdi və təlimin əhəmiyyətindən söz açdı. Sonra İsrail Kənd Təsərrüfatı Nazirliyinin “SHAHAM” Məsləhət xidmətinin Bitkilərin mühafizəsi üzrə dövlət məruzəçisi, təlimçi Svetlana Dobrınina İnteqrir bitki mühafizəsi, İnteqrir mübarizənin ümumi anlayışları, İnteqrir mübarizənin ümumi anlayışları, Bitki mühafizəsinin aqrotexniki və mexaniki qorunma üsulları, Bioloji mübarizə üsulları və İM istifadəsinin əsasları və s. haqqında təqdimatla cıxış etdi. Növbəti təlim günlərində İnteqrir mübarizə və tərəvəz bitkilərində tətbiqi, Fitopatologiyaya və Entomologiyaya qısa baxış, Tərəvəz bitkilərinin zərərvericiləri, xəstəlikləri, Məsləhət xidmətinin əsasları: metodlar, məsləhətçilərə qoyulan tələblər, sahə tədqiqatlarının aparılmasına dair təqdimatlarla çıxış etməsi nəzərdə tutulur. İM mövzusunda iştirakçılarla praktik iş həyata kecirilməsi və sahə səfəri də proqrama daxil edilmişdir. Təlimdə Əkinçilik ET İnstitutunun əməkdaşları ilə yanaşı FAO Azərbaycan, Respublika Bitki Mühafizə Mərkəzinin, Tərəvəzçilik ET İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin, AMEA Genetik Ehtiyatlar İnstitutunun, Üzümçülük və Şərabçılıq ET İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Beyləqan RAEİM-in əməkdaşları və Kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər iştirak edirdilər.

© 2020 Əkinçilik ETİ