Xəbərlər

İnstitutun əməkdaşları Beynəlxalq layihənin hazırlanması üzrə ikinci məşvərətçi seminarda iştirak etdilər

18-19.11.2019 tarixlərində Bakıda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) Pakistanda yerləşən nümayəndəliyi və Pakistanın Elm və Texnologiya Təşkilatının (COMSTECH) birgə təşkilatçılığı ilə Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq layihənin hazırlanması üzrə ikinci məşvərətçi seminar kecirildi.

Seminarda Azərbaycan, Pakistan, Qazaxstan, Oman və İordaniyadan bitki genetik ehtiyatları və toxumçuluq üzrə 30-dan çox rəhbər şəxslər və mütəxəssislər, həmçinin BMT-nin İnkişaf Proqramının (UNDP), Yaponiyanın JİCA təşkilatının, Dünya Bankının və Asiya İnkişaf Bankının, Əkinçilik ET institutunun, Genetik Ehtiyatlar, Tərəvəzçilik ET institutlarının və digər təşkilatların nümayəndələri iştirak edirlər. Əkinçilik ET institutunu Bitki seleksiyası şöbəsinin müdiri Abidin Abdullayev və aparıcı elmi işçi Qərib Novruzlu təmsil edirdilər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Kənd Təsərrüfatı Nazirinin (KTN) müavini Elçin Zeynalov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Pakistanın COMSTECH təşkilatının məsləhətçisi Xurşid Hasanain, FAO-nun Pakistan nümayəndəsinin eksperti Şakeel Xan və ş. iştirakcılar cıxış ediblər.

Qonaqlar seminar çərçivəsində Genetik Ehtiyatlar İnstitutunu, Əkinçilik ET və Tərəvəzçilik ET institutlarını ziyarət etmiş, onların elmi və elmi-təşkilati fəaliyyətləri haqqında məlumatlar əldə etmişlər.

 

 

© 2020 Əkinçilik ETİ