Xəbərlər

Əkinçilik ET İnstitutunda beynəlxalq ekspertin iştirakı ilə “Torpaqqoruyucu və resursmühafizəedici əkinçiliyin Azərbaycanda tətbiqinin perspektivləri” mövzusunda elmi-praktiki seminar keçirilib

Əkinçilik ET İnstitutunda beynəlxalq ekspertin iştirakı ilə 10.12.2019 tarixində “Torpaqqoruyucu və resursmühafizəedici əkinçiliyin Azərbaycanda tətbiqinin perspektivləri” mövzusunda elmi-praktiki seminar keçirildi. Seminarda Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, beynəlxalq ekspert, Özbəkistan Respublikası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında layihə rəhbəri, professor Əziz Nurbekov, Genetik Ehtiyyatlar, Tərəvəzçilik, Üzümçülük və Şərəbçalıq Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri  iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai son dövrlər müxtəlif prioritet mövzularda beynəlxalq ekspertlərin iştirakı ilə mütəmadi olaraq təlim seminarların keçirilməsini, gənclərin elmi dünya görüşünün formalaşmasında və dünya elminə inteqrasiya etmələrindəki rolunu, elmi-tədqiqatların müasir dövrün tələbləri səviyyəsində qurulmasını vurguladı və bu baxımdan bu günkü seminarın da aktual məsələyə həsr olunduğunu bildirdi. O, Əziz Nurbekovun fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun Tərtər BTS-də layihə çərçivəsində dünya ölkələrinin maraq göstərdiyi sıfır becərmə üsulu ilə səpin apardığını və bu üsulun ənənəvi olaraq, müqayisəli şəkildə öyrəniləcəyini diqqətə çatdırdı.

Sonra C.Təlai çıxış ücün sözü Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdova verdi. İmran Cümşüdov rəhbərlik etdiyi kollektiv adından seminar iştirakcılarını salamladıqdan sonra zamanın yeni tələblərinə uyğun olaraq görüləcək işlərin formalaşmasından, qarşıda duran vəzifələrin həyata kecirilməsindən bəhs etdi. Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun müəyyənləşdirdiyi fəaliyyət istiqamətlərini seminar iştirakcılarının diqqətinə catdıraraq bildirdi ki, idarəçilik və şəffaflıq, fermerlərə yaxın olmaq, onların problemlərinin həlli, onlara köməklik göstərilməsi və innovasiyaların tətbiqi başlıca məsələlərdən biridir. Bu günkü seminarın mahiyyətinin Azərbaycan kənd təsərrüfatında innovativ layihələr tətbiq etməkləreal nəticələr əldə edərək idxaldan asılılığın aradan qaldırılmasından, dövlət proqramının tələblərinə uyğun olaraq ərzaq təhlükəsizliyinin təmin olunmasından ibarət olduğunu vurğuladı. Daha sonra İ.Cümşüdovcəmiyyətin, ictimaiyyətin, kənd təsərrüfatının aqrar elmə olan yeni tələblərinə aydınlıq gətirdi.

Əkinçilik ET İnstitutnun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev “Taxılçılıqda vəsaitə qənaətedici texnologiyaların öyrənilməsi”, beynəlxalq ekspert, Özbəkistan Respublikası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında layihə rəhbəri, professor Əziz Nurbekov “Azərbaycanda konservasiyalı kənd təsərrüfatının inkişaf etdirilməsi perspektivlərinin müəyyən edilməsi” mövzusunda təqdimatla çıxış etdilər. O, bu gün kənd təsərrüfatının və ərzaq sisteminin son dərəcə güclü təzyiqə məruz qalması, yer kurəsinin artan əhalisinin tələbatının ödənilməsi, 2050-ci ildə 9 milyard insanı təmin etmək üçün ərzaq istehsalının 60% artırılması, iqlim dəyişməsi və bitkiçilik, suyun infiltrasiyasının yüksəlməsi, buxarlanmanın azaldılması, əkinin vaxtında həyata keçirilməsi və s. bu kimi aktual məsələlərə toxundu. Sonda konstruktiv şəraitdə keçən seminarda müzakirələr aparıldı, suallar ətraflı cavablandırıldı.

 

 

© 2020 Əkinçilik ETİ