Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları Almaniyalı ekspert tərəfindən keçirilən beynəlxalq seminarda iştirak ediblər

02-06.12.2019 tarixində Tərəvəzçilik ET İnstitutunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsi çərçivəsində Almaniyanın Bonn Universitetinin nəzdində fəaliyyət göstərən Bitkiçilik və ehtiyatların mühafizəsi institutunun “Bağçılıq” şöbəsinin professoru Nazim Gruda tərəfindən “İstixanaların idarə olunması” mövzusunda istixanalar və onların faydalarına dair seminar kecirilib. Seminarda Əkinçilik ET İnstitutunun əməkdaşları ilə yanaşı, Tərəvəzçilik, Üzümçülük və Şərabçılıq, AMEA Genetik Ehtiyatlar ET İnstitututlarınun və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları iştirak ediblər. Seminarda xarici ekspert Nazim Gruda istixana şəraitində bitkilərin davranışı və davamlı əkin, istixanalarda tərəvəzlərin davamlı becərilməsi, tərəvəz şitillərinin hazırlanmasına dair təqdimatlarla çıxış etdi. Müvafiq mövzular üzrə qrup işləri aparıldı. Seminarın işi müvəffəqiyyətlə başa çatdı.

© 2020 Əkinçilik ETİ