Xəbərlər

Bitki fiziologiyası və biotexnologiya şöbəsinin yekun hesabatlarının təqdimatı keçirildi

16.12.2019 tarixində Əkinçilik ET İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin 2015-2019 illərə dair apardığı elmi tədqiqat işlərinin geniş yekun hesabat yığıncağı keçirildi. Söbənin müdiri b.e.d, dosent Allahverdiyev Tofiq hesabat yığıncağını giriş sözü ilə açaraq, şöbənin işi, əməkdaşları, 2015-2019-cu illərdə nəşriyyat fəaliyyəti, elmi ezamiyyələr, konfranslarda, fermerlərlə olan təlimlərdə iştirak haqqında məlumat verdi. T.Allahverdiyev diqqətə catdırdı ki, şöbədə dörd mövzu üzrə elmi tədqiqat işləri aparılır. Sonra o, “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin 2015-2019-cu illər üçün yekun geniş hesabatı haqqında təqdimatla cıxış edərək, diqqətə çatdırdı ki, şöbədə dörd mövzu üzrə elmi tədqiqat işləri aparılır. İllik yekun hesabatların təqdimatı üçün o, sözü şöbənin elmi əməkdaşlarına verdi. Şöbənin aparıcı elmi işçisi b.ü.f.d. Əhmədova Flora “Müxtəlif buğda genotiplərinin stres şəraitində morfofizioloji, biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi və yüksək məhsuldarlığı şərtləndirən əlamətlərin müəyyən edilməsi və seleksiyada istifadəsi” mövzusu üzrə aparılan elmi tədqiqat işinin “Yerli və introduksiya olunmuş  nümunələr içərisindən seçilmiş buğda genotiplərinin arxitektonikasına, həyat tərzinə, morfoloji əlamətlərinə, məhsuldarlığına, məhsul komponentlərinə görə qiymətləndirilməsi və fizioloji tədqiqatlar üçün seçilməsi” mərhələsi haqqında geniş təqdimatla çıxış etdi. Bildirdi ki, tədqiqatın məqsədi Beynəlxalq Seleksiya Mərkəzləri CİMMYT və İCARDA-dan introduksiya olunmuş müxtəlif təyinatlı bərk və yumşaq buğda sortnümunələrinin ilkin ekoloji sınaqlarını keçirmək, onları həyat tərzinə, morfoloji əlamətlərinə, məhsuldarlığına, xəstəliklərə davamlılığına görə qiymətləndirmək və öyrənilən təcrübə materialından hibridləşmədə istifadəsi tövsiyə olunacaq sortnümunələrin sonrakı fizioloji tədqiqatlar üçün seçilməsidir. Daha sonra aparıcı elmi işçi b.ü.f.d., dosent Təmrazov Təmraz,  böyük elmi işçi, b.ü.f.d, dosent İbrahimova İradə mövzuya dair hesabatlarını təqdim etdilər. Şöbənin böyük elmi işçisi, b.ü.f.d. İbrahimova Ülkər “Triticum aestivum L. genotiplərinin  duzadavamlılığının bəzi fizioloji və biokimyəvi parametrlər əsasında tədqiqi”, b.ü.f.d., dosent Zamanov Atif, “Müxtəlif arpa və buğda sortlarının səpin normasından və səpin müddətindən asılı olaraq morfoloji və aqronomik əlamətləri” işləri üzrə, baş elmi işçi, b.e.d., professor Süleymanov Səftər “Buğda bitkisinə stres amillərin təsirinin molekulyar mexanizmlərinin tədqiqi və praktiki istifadəsi” mövzusunda, aparıcı elmi işçi, b.ü.f.d., dosent Məmmədova Mahirə “İn vitro şəraitində müxtəlif buğda genotiplərində siqnal sistem əsasında hüceyrə səviyyəsində adaptivliyin öyrənilməsi” işi üzrə, aparıcı elmi işçi, b.ü.f.d, dosent Mirzəyev Rüfət “Respublikanın müxtəlif bölgələri üçün stres amillərə davamlı, yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tədqiqi və yayımı” mövzusunda geniş illik hesabatları təqdim etdilər. Sonda mövzular üzrə suallar və cavablar səsləndirildi, geniş müzakirələr aparıldı. “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin geniş illik hesabatı yekdilliklə qəbul edildi.

© 2020 Əkinçilik ETİ