Xəbərlər

Əkinçilik ET İnstitutunda illik geniş hesabatların təqdimatı keçirildi

18.12.2019 tarixində Əkinçilik ET İnstitutunda Yemçilik Proqramınin illik geniş hesabatlarının təqdimatı keçirildi. Hesabat yığıncağının açılışını proqramın rəhbəri, “Otlaq və biçənəklər” şöbəsinin müdirii Rasib Zeynalov edərək, iştirakçılara aparılan tədqiqatlaq haqqında qısa məlumat verdi. Proqram çərçivəsində “Bitki selesksiyası” şöbəsinin movzu planına daxil olan “Yem bitkilərinin, (yonca,xaşa, lərgə, gülülcə və s.) genofondunun yaradılması, stres amillərə davamlı, keyfiyyətli və məhsuldar formaların seçilməsi, yeni sortların yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi” movzusuna aid «Müxtəlif üsullardan istifadə etməklə yeni sort və hibridlərin yaradılması» işinin «Gəncə-Qazax bölgəsində kolleksiya tingliyində yonca sort nümunələrinin təsərrüfat əhəmiyyətli əlamətlərinin öyrənilməsi» mərhələsi üzrə institutun Ağstafa YTT-nın şöbə müdiri Nazilə Əhmədova və həmin işin «Abşeron bölgəsində kolleksiya tingliyində yonca sortn ümunələrinin təsərrüfat əhəmiyyətli əlamətlərinin öyrənilməsi» mərhələsi üzrə isə biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Atif Zamanov hesabat verdi. Sonra Ağstafa YTT-ının şöbə müdiri Nazilə Əhmədova “Yem bitkilərinin mədəni və yabanı sortlarının yaradılması, onların təsərrüfat əlamətlərini öyrənərək seleksiyada istifadə edilməsi” işi üzrə “Gəncə-Qazax bölgəsində yem bitkilərindən təşkil edilmiş genofondun təsərrüfat əhəmiyyətinin öyrənilməsi və artırılması” və “Lərgə və gülül bitkilərinin kolleksiya pitomnikində təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi» mərhələləri üzrə hesabatla çıxış etdi.

Hesabat yığıncağında proqram çərçivəsində “Otlaq və biçənəklər” şöbəsinin mövzu planına daxil olan “Təbii yem sahələrinin yaxşılaşdırılmasında onların səmərəli istifadəsini və heyvanların yüksək keyfiyyətli yem təlabatını təmin edən otlaq yem istehsalının nəzəri əsaslarının və texnologiyasının işlənib hazırlanması” mövzusunun “Abşeron rayonu şəraitində mineral gübrələrin və səpin üsullarının əzgən bitkisinin keyfiyyət göstəricilərinə və ot məhsuldarlığına təsirinin öyrənilməsi»” işi üzrə “Otlaq və biçənəklər“ şöbəsinin böyük elmi işçisi Tünzalə Rüstəmovanın və “Orta dağlıq bölgələrdə otlaqların yaxşılaşdırılmasındamüxtəlif ot qarışıqlarının və mineral gübrələrin otlağın məhsuldarlığına və keyfiyyətinə təsirinin öyrənilməsi“ işi üzrə, böyük elmi işçisi Mehman Məmmədovun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının mövzu planına daxil olan «Ənənəvi (yonca, xaşa, gülülcə s.) və alternativ (amarant, əmənkömənci) yem bitkilərinin biokimyəvi tərkibinin və ümumi qidalılıq dəyərinin öyrənilməsi, iqtisadi səmərəli yem rasionlarının hazırlanmasında istifadəsi və tətbiqi» mövzusu üzrə isə “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abasquliyevanın hesabatlari dinlənildi. Hesabatla bağlı elmi əməkdaşların maraqlı sualları cavablandırıldı. Hesabatlar ətrafında geniş müzakirələr aparıldı. Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini  b.ü.f.d,  dosent Nizami Hümmətov yekun nitqində bir sıra məsələlərə toxundu, fikirlərini bildirdi.

 

 

© 2020 Əkinçilik ETİ