Xəbərlər

“Bitki seleksiyası” şöbəsinin əməkdaşları ilə görüş keçirib

15.01.2020 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.ü.f.d., dosent Faiq  Xudayev “Bitki seleksiyasi” şöbəsinin əməkdaşları ilə görüş keçirib. Görüşün məqsədi şöbənin fəaliyyət istiqamətlərinin, qarşida duran vəzifələrin, problemlərin müzakirəsi və onların həlli yollarının araşdırılmasından ibarətdir.

F.Xudayev görüşdə həmçinin gənc kadrların hazırlanmasına xüsusi diqqət göstərilməsinin vacibliyini və gənclər tərəfindən müasir tələblərə cavab verən innovativ tədqiqatların aparılmasının zamanın tələbi olduğunu vurğulayıb. O, diqqətə çatdırıb ki, yaxın günlərdə gənc alimlər və elmi işcilər üçün xarici dil və təlim kursları təşkil olunacaq.

F.Xudayev qlobal iqlim dəyişikliyi ilə əlaqədar olaraq müasir tələblərə cavab verən innovativ tədqiqatların aparılması istiqamətində şöbənin elmi əməkdaşlarının qarşılaşdığı problemlərin həlli yollarını müzakirə edərək,  bu problemlərin mümkün qədər tezliklə həll ediləcəyini vurğuladı. F.Xudayev bütün əməkdaşlara, xüsusilə də gənc tədqiqatçılara hərtərəfli köməklik göstərəcəyini bildirib. 

 

 

 

© 2020 Əkinçilik ETİ