Xəbərlər

20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirildi

Əkinçilik ET İnstitutunda xalqın qan yaddaşına əbədi həkk olmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirildi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitutun direktoru Faiq Xudayev Qanlı Yanvar həqiqətlərindən bəhs edərək diqqətə çatdırdı ki, 1990-cı ilin Yanvar ayında sovet kommunist rejiminin öz varlığını saxlamaq, xalqların və insanların azadlıq səsini susdurmaq planı baş tutmadı. Təcavüz öz məqsədinə nail ola bilmədi. 20 Yanvar Azərbaycan xalqının öz torpaqlarını qorumaq və azad etmək uğrunda hər cür fədakarlıqlara qadir olmaq, güclü və qüdrətli dövlət qura bilmək və yaşatmaq potensialını və haqqını ortaya qoydu. F.Xudayev vurguladı ki, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, işğal altında olan torpaqlar azad ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq. Haqq öz yerini tutacaq. Ölkəmiz daim inkişaf edəcək!
20 Yanvar faciəsini əks etdirən film nümayiş etdirildi. Daha sonra institutun əməkdaşları şahidi olduqları ağri-acılı, Qanlı 20 Yanvar gecəsindən bəhs etdilər.

© 2020 Əkinçilik ETİ