Xəbərlər

“Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsinin birinci ili başa çatıb

Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi ilə  Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda  hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi uğurla həyata keçirilib. Bu günlərdə tədqiqatın birinci ili başa çatıb və əldə olunmuş məhsulun yığımı başa çatdırılıb. 

Layihəyə əsasən, ilk dəfə olaraq innovativ double haploid texnikası tətbiq edilərək səkkiz  hibrid xətti əldə edilib.  Layihənin xarici ekspertləri, Türkiyə Respublikasının Doğu Akdeniz Tarımsal Araştırmalar İnstitutunun mütəxəssisləri Dr. Ibrahim Cerit və Dr. Gönül Cömertpayın tövsiyyələrinə uyğun olaraq nəmlik səviyyəsinə görə yığıma hazır olan hibrid toxumlarda yüksək keyfiyyət əldə edilib. İstixanada olan daha dörd xəttin məhsul yığımı layihənin Azərbaycan tərəfindən rəhbəri Cavanşir Təlai və icraçısı Həlimə Məmmədova tərəfindən həyata keçirilib.

Layihənin iştirakçıları bildiriblər ki, növbəti il tədqiqat işləri davam etdiriləcək,  əldə edilmiş xətlərdən  toxum artırılması işi davam etdiriləcək.Bununlada 2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq F1 hibridlərinin yaradılması mümkün olacaq ki, bu da fermerlərin hibrid qarğıdalı toxumlarına olan təlabatının təmin olunmasına böyük təkan verəcək. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova:”Layihədə istifadə etdiyimiz double haploid texnikasının tətbiqi ilə bağlı təcrübəmiz metodik vəsait kimi hazırlanıb və artıq siqnal buraxılışı çap olunub. Hazırda bu metodik vəsaitin ingilis dilində çapa buraxılması üzrə işlər davam etdirilir. Ümid edirik ki, bundan sonra bu vəsaiti istifadə edərək bir çox həmkarlarımız double haploid metodunu başqa sahələrdə də tətbiq edəcəklər”- deyə bildirib. 

 
© 2020 Əkinçilik ETİ