Xəbərlər

İnstitutun əməkdaşı Kənd Təsərrüfati Nazirliyinin xətti ilə keçirilən təlimlərdə iştirak edib

Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyinin xətti ilə Əkinçilik ETİ –nin  böyük elmi işçi Zöhrab Qəribov 13-17.01. 2020-ci il  tarixlərində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) və sistem üzərindən süni mayalanma və baytar mütəxəssislərin qeydiyyatı, süni mayalanma subsidiyasına müraciət ilə əlaqədar təlimlərin keçirilməsi məqsədilə Beyləqan rayonunda olmuşdur. Əhatə dairəsi Saatlı, Beyləqan, Neftçala, Cəlilabad, Biləsuvar, Salyan, Masallı, Hacıqabul, Ağcabədi,İmişli rayonlarından ibarət olan təlimlərdə Kənd Təsərrüfati Nazirliyinin müxtəlif qrumlarının mütəxəssisləri də iştirak edirlər.

 

© 2020 Əkinçilik ETİ