Xəbərlər

Ucar və Qobustan rayonunun DAİM-lərində fermerlərə təlimlər keçirilib

17-19 fevral 2020-ci il tarixlərində Əkinçilik ET İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının müdiri Namella Əzizova Ucar və Qobustan rayonlarında “Dənli və dənli paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl edilməsi” mövzusunda təlim keçib. Təlim zamanı Dənli və dənli paxlalı bitkilərinin məhsuldarlığının artırılması üçün zəruri aqrotexniki tədbirlərin ardıcıl və keyfiyyətlə yerinə yetirilməsi; gübrələrin norma və tətbiqi; əkinlərdə zərəverici orqanizmlərin aşkar olunması; bitkilərin xəstəliklərlə sirayətlənməsi və zərərvericilərlə zədələnməsinin simptomları, onların vurduğu ziyan, mübarizə tədbirləri, iqtisadi ziyanvurma həddi (İZH); kimyəvi mübarizə tədbirləri haqqında təqdimatla məlumat verilib. Təlim iştirakçıları pestisidlərdən istifadə zamanı təlükəsizlik tədbirlərinin təşkili və əməl olunması qaydaları ilə məlumatlandırılıb.Daha sonra iştirakçılar arasında diskussiya aparılıb, onları maraqlandıran sullar cavablandırılıb.Təlim iştirakçıları keçirilən təlimlərin əhəmiyyətini qeyd edərək, belə təlimlərin vegetasiya müddətində və açıq sahələrdə keçirilməsini təklif ediblər

© 2020 Əkinçilik ETİ