Xəbərlər

“Bitki seleksiyası” şöbəsinin 2020-ci ilin yekunlarına dair hesabatlarının təqdimatı həyata keçirilib

“Bitki seleksiyası” şöbəsinin 2020-ci ilin yekunlarına dair hesabatlarının müzakirəsi həyata keçirilib. Şöbə müdiri, proqram rəhbəri, a.e.ü.f.d.dosent Abdin Abullayevin rəhbərliyi altinda keçirilən toplantıda şöbənin və institutun elmi əməkdaşları iştirak ediblər. Gündəlik məsələlər illik hesabatların, təqvim və iş planlarının müzakirəsindən ibarət olub. Belə ki, Buğda və çəltik proqramı üzrə proqram rəhbəri, A. Abdullayev “Genetik markerlərdən istifadə etməklə yüksək məhsuldar, keyfiyyətli, biotik və abiotik stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik yeni buğda sortlarının yaradılması, tətbiqi” mövzusuna aid, Flora Əhmədova və  Röya Əsgərli “Yerli və introduksiya olunmuş buğda nümunələrnin genetik markerlər əsasında kompleks əlamət və xüsusiyyətlərə görə tədqiqi, ayrı-ayrı əlamətlərə görə donorların müəyyənləşdirilməsi, və seleksiyada istifadəsi”, Xanbala Rüstəmov “Suvarma şəraiti üçün makaron sənayesinin tələblərinə cavab verən, biotik stres amillərinə davamlı, yüksək məhsuldar, bərk buğda sortlarının yaradılması, tətbiqi və yayımı”, Mehdi Mehdiyev “Nəmliklə müxtəlif dərəcədə təmin olunmuş bölgələrin müvafiq aqroekoloji şəraitinə adaptasiya oluna bilən, biotik və abiotik streslərə  davamlı, yüksək məhsuldar və keyfiyyətli payızlıq yumşaq və bərk buğda sortlarının yaradılması, tətbiqi və yayımı”,  Etibar İbrahimov “Respublikanın müxtəlif aqroekoloji bölgələrində buğdanın əsas  xəstəliklərinə davamlı genotiplərin müəyyənləşdirilməsi və effektiv davamlı genlərdən istifadə etməklə seleksiya üçün başlanğıc materialın yaradılması”, Namilə Əzizova “Respublikanın əsas taxılçılıq bölgələrində buğda aqrosenozunda zərərvericilərin monitorinqinin aparılması, əsas növlərə qarşı davamlı buğda genotiplərinin seçilməsi və inteqrir mübarizə tədbirlərinin müəyyənləşdirilməsi”, “Dənin kefiyyəti” laboratoriyasının müdiri Qətibə Həsənova “Müxtəlif aqroekoloji şəraitdə formalaşan buğda genotiplərinin genetik markerlərlə keyfiyyət göstəricilərinin əlaqəsininin tədqiqi və yüksək keyfiyyəti təmin edən donorların seleksiyada istifadəsi” işlərii üzrə, Tarverdi İslamzadə “Müxtəlif mənşəli çəltik sort nümunələrinin Azərbaycan şəraitində aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi və seleksiya üçün başlanğıc materialının yaradılması” mövzusu üzrə, Arpa proqramının rəhbəri Qərib Novruzl “Yüksək məhsuldar, abiotik və biotik stres amillərə davamlı yazlıq və pivəlik arpaların seleksiyası üçün başlanğıc materialın və sortların yaradılması, ilkin toxumçuluğunun təşkili mövzusu üzrə elmi-tədqiqat işinin yayımı”, Yüksək məhsuldar, abiotik və biotik stres amillərə davamlı yazlıq arpaların seleksiyası üçün başlanğıc materialın və sortların yaradılması,ilkin toxumçuluğunun təşkili”, “Suvarma şəraitində abiotik və biotik stres amillərə davamlı, yüksək məhsuldar pivəlik arpaların seleksiyası üçün başlanğıc materialın və sortların yaradılması, ilkin toxumçuluğunun təşkili”, “Nəmliklə az təmin olunmuş dəmyə bölgələrdə becərmək üçün quraqlığa tolerantlı, yüksək keyfiyyət və məhsuldarlığa malik tezyetişən arpa sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi”, ”Şorlaşmaya məruz qalmış torpaqlarda becərilmək üçün duzatolerantlı, yüksək keyfiyyət və məhsuldarlığa malik intensiv tipli arpa sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi”, Qarğıdalı proqramının rəhbəri Sevindik Dünyamalıyev “Azərbaycanın dəmyə şəraitinə adaptasiya olunan tezyetişən, yüksək məhsuldar qarğıdalı xətlərinin seçilib saflaşdırılması, yeni sort və hibridlərin yaradılması və fermer təsərrüfatlarında tətbiqi”  mövzusuna dair “Şəki-Zaqatala bölgəsinin nəmliklə təmin olunmuş dəmyə şəraitində keyfiyyətili, yüksək məhsuldar qarğıdalı sort və hibridlərinin kompleks becərmə texnologiyasının işlənib hazırlanması”, Həlimə Məmmədova “Azərbaycanın yerli qarğıdalı rüşeyim plazmasında sitoplazmatik erkək sterilliyin (SES) testerlərlə təsbiti, genetik markerlərlə heterotik qrupların təyini və seleksiya üçün başlanğıc material kimi tətbiqi”, Ərzaq paxlalıları (noxud, mərci) proqramının rəhbəri Firudin Şərbətov “Respublikanın müxtəlif bölgələrində stres amillərə davamlı, yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik, yeni noxud və mərcimək sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi” mövzusuna dair  “Genofondda  toplanmış və İCARDA-dan introduksiya olunmuş noxud və mərcimək nümunələrindən istifadə etməklə Respublikanın müxtəlif bölgələri üçün stres amillərə davamlı, yüksək məhsuldarlığa, texnoloji göstəricilərə malik yeni sortların yaradılması”, “Biotik və abiotik amillərə davamlı, yüksək morfoloji, fizioloji və aqronomik göstəricilərə malik yeni noxud və mərcimək sortlarının yaradılması“ işləri üzrə hesabat  təqdimatlarla çıxış ediblər.

Sonda Əkinçilik ET İnstitutun direktoru Faiq Xudayev “Bitki seleksiyası” şöbəsinin 2020-ci ilin yekunlarına dair hesabatlarının təqdimatları ilə bağlı fikirlərini bildirib və gələcək elmi-tədqiqat işlərinin yerinə yetirilməsində bütün kollektivə uğurlar arzulayıb.

© 2020 Əkinçilik ETİ