Xəbərlər

ECOserve regional proqramı, Almaniya Federal Hökumətinin Cənubi Qafqazda prioritet sahələrindən biri olan təbii ehtiyatların qorunması və davamlı istifadəsinə yönəlmişdir

Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması" layihəsi çərçivəsində Almaniya Federal iqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişçiliyi əsasında  Azərbaycan üzrə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müxtəlif ali təhsil müəssisələrinin tərəfdaşlığı çərcıvəsində Əkinçilik ET İnstitutunda EKOserve, Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Əkinçilik ET İnstitutunun birgə təşkilatçılığı ilə EKOserve layihəsi üzrə Qabaqçıl Aqrar Praktikalar (QAP) Təlimçilər üçün Təlim (ToT) mövzusunda tədbir keçirilrb. Salamlama nitqindən və iştirakçıların təqdimatından sonra tədbirlə bağlı Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, Sevinc Sarıxanova (GIZ- EKOserve project), Fariz Ələkbərov (expert of EKOserve GIZ) cıxış ediblər və EKOserve layihəsi haqqında ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, proqramın əhatə etdiyi sahələrə ekoloji siyasət dialoqu, təhsil və təlim, maarifləndirmə və pilot layihələrin icrası daxildir. Azərbaycanda ECOserve proqramı kənd təsərrüfatı torpaqlarının davamlı istifadəsi sistemlərinin tətbiqinə yönəlmişdir. Program Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və inkişaf Nazirliyi (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur.

Sonra Qabaqçıl Aqrar Praktikalar (QAP) anlayışı haqqında, fermerlər üçün məsləhət xidmətlərinin təşkili və iştirakı yanaşma, biomüxtəliflik və aqro-biomüxtəliflik, sağlam və münbit torpaq, konservasiyalı (torpaq qoruyucu əkinçilik) əkinçilik, suvarma və sudan səmərəli istifadə QAP yanaşması, inteqrir bitki mühafizə, növbəli əkin, aralıq və örtükaltı bitkilər, kompostun hazırlanması mövzuları üzrə Əkinçilik ET İnstitutunun əməkdaşları Namella Əzizova, Sevil Abasquliyeva, Ehtibar İbrahimov tərəfindən ətraflı məlumat verilib. Təlimin yekununda qiymətləndirilmə aparılıb.

© 2020 Əkinçilik ETİ