Xəbərlər

“Respublikada taxıl istehsalında yerli sortların rolu” mövzusunda zoom formatında online tədbir kecirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Aqro Dairy şirkəti ilə “Respublikada taxıl istehsalında yerli sortların rolu” mövzusunda zoom formatında online tədbir kecirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Rafael Mahmudov, Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, istehsalat üzrə direktor müavini Atif Zamanov, Şəki RAEİM-nin direktoru Novruzlu Qərib, Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova, Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru Şahlar Əsədullayev, Aqro Dairy şirkətinin nümayəndəsi Məmmədzadə Nəbiyev iştirak ediblər. İştirakçılar öz cıxışlarında bildiriblər ki, ölkədə yerli taxıl sortlarının əkin dövriyyəsinin artırılması və bu istiqamətdə birgə işlərin təşkili məsələləri son dərəcə vacibdir. Belə ki, Əkinçilik ETİ-nin yaratdığı sortlar haqqında fermerlərə dolğun məlumatların çatdırılmas və fermerlərin yerli taxıl sortlarının əkininə marağının, eləcə də taxıl istehsalında yerli sortların əkin dövriyyəsinin artırılması baxımından Əkinçilik ET İnstitutu Aqro Dairy şirkəti ilə qarşılıqlı razılaşmaya əsasən, görüləcək işlərin birgə təşkilini həyata keçirəcəklər. Tədbir iştirakçıları tərəfindən müvafiq təkliflər verilib və müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ