Xəbərlər

AZCHEMKO şirkətilə əməkdaşlıq görüşü keçirilib

AZCHEMKO (AZERBAIJAN CHEMICAL COMPANY)  şirkətinin təsisçisi Levent Özdemir və AMEA Torpaqşünaslıq və aqrokimya Elmi-Tədqiqat İnstitutunun “Suvarmanın müasir problemləri” laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Azad Kərimov  Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayevlə birgə əməkdaşlığın yaradılması məqsədilə görüş keçiriblər. Görüşdə institutun istehsalat üzrə direktor müavini Atif Zamanov, elmi katib Sevda Hacıyeva iştirak ediblər. Əməkdaşlıq görüşünün məqsədi kənd təsərrüfatı və ekologiya sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutlarında Azərbaycanda istehsal olunan yeni üzvi orqanik maddələrin tətbiq sınağının keçirilməsindən ibarətdir. Belə ki, elmi-tədqiqat institutlarının təcrübə sahələrində nəzarət variantı kimi gübrələr tətbiq edilərək tədqiqatlar aparılmalı, səmərəliliyin və ya qeyri-səmərəliliyin təsdiqi elmi cəhətdən müəyyənləşdirilməlidir.

© 2020 Əkinçilik ETİ