Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Hacıqabul rayonunda “Aqro Dairy” MMC firmasının təşkil etdiyi seminarda iştirak edib

Əkinçilik ET İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının müdiri İmrəli Hacıməmmədov fermerlərə kömək məqsədi ilə Hacıqabul rayonunda  “Aqro Dairy” MMC firmasının təşkil etdiyi seminarda iştirak edib.

O, dənli bitkilərdən proqramlaşdırılmış məhsul almaq üçün torpaqda əsas qida maddələrinin asan mənimsənilən formalarının ehtiyatı, bitkinin torpaqdan, gübrədən istifadə əmsalı və bitkinin potensial məhsuldarlığı nəzərə alınmaqla gübrə normalarının hesablanması mövzusunda nəzəri və praktiki olaraq çıxış edib. İ. Hacıməmmədov əyani olaraq sahədə nümunələrin götürülmə qaydalarını fermerelərə göstərilib.

Seminarda hər gün müxtəlif bölgələrdən olan 12-15 fermer iştirak edib. İ. Hacıməmmədov tərəfindən hazırlanan torpağın əsas qida maddələrinin asan mənimsənilən formaları ilə təmin olunmasından asılı olaraq gübrə normalarının hesablanmasına dair tövsiyələrin elektron variantları fermerlərə (66 nəfər) paylanmışdır.

Seminarın axırıncı günü “Aqro Dairy” MMC firmasının direktoru Vahid Hacıyev seminarda iştirak edib. O, seminardakı ətraflı məlumatlara, həmçinin gübrə normalarının hesablanmasına dair tövsiyəyə görə İ. Hacıməmmədova təşəkkürünü bildirib.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ