Xəbərlər

Azərbaycanda bərk buğda istehsalının genişləndirilməsi və bərk buğda məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və idxaldan asılılığın aradan qaldırılması” məsələlərinə həsr olunmuş görüş keçirilib

 Əkinçilik ET İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında “Azərbaycanda bərk buğda istehsalının genişləndirilməsi və bərk buğda məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və idxaldan asılılığın aradan qaldırılması” məsələlərinə həsr olunmuş görüş keçirilib.

Görüşün məqsədi yeni yaradılan yerli bərk buğda sortlarının fermerlərə tanıdılması, məhsuldarlığın, istehsalın artırılması istiqamətində birgə fəaliyyət göstərilməsi, bu sahə çərçivəsində gələcək perspektivlərin araşdırılması və  inkişaf etdirilməsinə töhvələr verilməkdən ibarət olub.

Görüş nətiçəsində fermerlər “Rəvan”, “Gomur-74”, “Xudafərin” və s. sortları daha da yaxından tanıyaraq ətraflı məlumatlandırılıblar.

Tədbirdə Əkinçilik ET İnstitutunun direktoru  Faiq Xudayev, Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru Sahlar Əsədullayev, Əkinçilik ET İnstitutunun şöbə  və laboratoriya müdirlərii Abdin Abdullayev, Sevil Abbasquliyeva, bərk buğda sahəsində fəaliyyət göstərən mütəxəssislər, fermer və istehsalçılar iştirak ediblər.

© 2020 Əkinçilik ETİ