Xəbərlər

Əkinçilik ET İnstitutunda doktorant və dissertantların toplantısı keçirilib

Əkinçilik ET İnstitutunda rəhbərliyin iştirakı ilə doktorant və dissertantların toplantısı keçirilib. İnstitutun direktoru Faiq Xudayev toplantının məqsədinin doktorant və dissertantların işlərinin gedişatı ilə maraqlanmaqdan, onların qarşılaşdıqları cətinliklər, problemlərlə yaxından tanış olmaqdan ibarət olduğunu bildirib. O, rəhbərlik olaraq mövcud çətinliklərin aradan qaldırılmasında onlara hərtərəfli dəstək və köməklik göstərməyə hazır olduğunu diqqətə çatdırıb.Doktorant və dissertantlardan Reyhan Abdullayeva, Leyla Həsənova, Aysel Labazanova, Hüseyn Feyzullayev, Aytən Qədimova, Əsmər Əhmədova, Samirə Vəliyeva, Pərvin Əliyeva, Röya Əsgərli və b. işlərinin gedişatı haqqında ətraflı məlimat veriblər. Çıxışlar bitdikdən sonra elmi-tədqiqat işlərinin gedişatında qarşıya çıxan məsələlər, yeniliklər və problemlər barədə müzakirələr aparılıb. Yekunda institutun direktoru F.Xudayev əldə etdiyi nəticə ilə bağlı öz fikirlərini bildirib və  iştirakcılara gələcək elmi-tədqiqat işlərində müvəffəqiyyətlər arzulayıb.

© 2020 Əkinçilik ETİ