Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Kənd təsərrüfatı elmləri bölməsi üzrə müxbir üzvü seçilib və N.İ.Vavilov adına medalla təltif olunub

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, aqrar elmləri üzrə elmlər doktoru Kərimov Yasin Həbib oğlu Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyətinin qərarı ilə biologiya elminin, genetikanın, seleksiya və bitkiçiliyin inkişafındakı müstəsna töhfəsinə görə N.İ.Vavilov adına medalla təltif olunub.   

Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin (Beynəlxalq Alimlər, Müəllimlər və Mütəxəssislər Birliyi) digər qərarı ilə Kərimov Yasin Həbib oğlu yekdilliklə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Kənd təsərrüfatı elmləri bölməsi üzrə müxbir üzvü seçilib. Qeyd edək ki, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü doktorluq dərəcəsi almış və elmin inkişafına böyük töhfə verən mütəxəssislər RTEA-nın müxbir üzvü, PhD diplomu və ən azı 10 il iş təcrübəsi olan xarici alimlər ola bilər. Rusiya Təbiət Elmləri Akademiyası beynəlxalq elmi konfranslar, tədrisi-metodiki ədəbiyyat sərgiləri, müsabiqələr və beynəlxalq tələbə forumu ilə yanaşı həmçinin ildə iki dəfə RTEA üzvlərinin iclaslarını keçirir. RTEA üzvləri RTEA layihələrində və nəşrlərində (25 elmi jurnal, monoqrafiyaların, dərsliklərin nəşri, sərgilərdə iştirak etmək üçün təşkilati xərclər, konfranslar, təhsil layihələri, ekspert və RTEA-nın elmi jurnalların redaksiya şuralarında iştirak) güzəştlərə malikdirlər. 

Təbrik edirik!

© 2020 Əkinçilik ETİ