Xəbərlər

Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) və 2020-ci ildə Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qeyri-kommersiya səhmdar cəmiyyəti onlayn təlim seminar keçirib

24-25.06.2021 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Dənin keyfiyyəti” laböratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. dosent Sevinc Məmmədova,  “Bitki Fiziologiyası və biotexnologiya” şöbəsinin müdiri b.e.d. dosent Tofiq Allahverdiyev,  “Bitki seleksiyası” şöbəsinin kiçik elmi işçiləri Röya Əsgərli və Günay Yusifova  Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) və  2020-ci ildə Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qeyri-kommersiya səhmdar cəmiyyəti "Milli Aqrar Elmi Tədris Mərkəzi"-nin A.İ. Barayev adına Taxılçılıq Elmi İstehsalat Mərkəzi nəzdində yaradılmış İslam Ölkələri Təşkilatı Regional Təcrübə Mübadiləsi Mərkəzinin  (IOFS CoE) Buğda üzrə II Аsiya qrupu ölkələri  (Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Tacikistan, Azərbaycan, Türkmənistan, İran və Əfqanıstan) üçün keçirilən “Buğdanın becərilməsinin yaxşılaşdırılması perspektivləri”nə həsr edilən onlayn təlim seminarında iştirak ediblər. Təlim seminarında buğda istehsalı, xəstəlik və zərərvericilərə nəzarət,  buğdanın  əsas biotik (xəstəlik və zərərvericilər) və abiotik (iqlim dəyişikliyi, quraqlıq, şoranlıq) faktorlarının araşdırılması, məhsuldarlıq və dən keyfiyyətinin artırılması sahəsində milli və beynəlxalq təcrübələrlə tanışlığı əhatə edərək mütəxəssislər tərəfindən buğdanın biotik və abiotik streslərə tolerantlığı üçün genetik yaxşılaşdırmanın rolu, buğdanın keyfiyyətinin yaxşılaşdırılması metodları və  buğda seleksiyasının müasir metod və texnologiyaları təqdim edilmişdir.

Tədbirdə T.İ.Allahverdiyev “Quraqlığa davamlılıq üçün buğda seleksiyasında fizioloji parametrlərdən istifadə” mövzusunda təqdimatla çıxış edərək, Əkinçilik ET İnstitutunda buğda seleksiyasında fizioloji parametrlərin rolu və aparılan tədqiqatlar haqda ətraflı məlumat verib.

© 2020 Əkinçilik ETİ