Xəbərlər

Taxıl toxumu əkinlərinin və istehsalının monitorinqi həyata keçirilib

24-28.06.2021 tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Rafail Mahmudov, Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov, müvafiq rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin bitkiçilik və toxumçuluq üzrə  mütəxəsislərinin iştrakı ilə  Əkinçilik ET İnstitutunun Tərtər, Zaqatala, Cəlilabad Bölgə Təcrübə Stansiyalarında və Şəki Dayaq məntəqəsində taxıl toxumu əkinlərinin və istehsalının monitorinqi həyata keçirilmişdir. Taxıl toxumu məqsədi ilə becərilmiş tarlada  mövcüd vəziyyət iştirakçılar tərəfindən qiymətləndirilmiş,  müvafiq tövsiyyələr verilmiş, növbəti vegetasiya ilində hansı taxıl sortlarına və becərmə üsüllarına üstünlük verilməsi barədə müzakirələr aparılmışdır.

© 2020 Əkinçilik ETİ