Xəbərlər

"Cənubi Qafqazda ətraf mühit siyasəti, konservasiya və təbii resurslardan dayanıqlı istifadə" ECOserve layihəsi çərçivəsində məsləhət xidməti həyata keçirilir

“Cənubi Qafqazda təbii resursların idarə olunması və kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi” (ECOserve) proqramı üzrə Almaniya tərəfindən "Cənubi Qafqazda ətraf mühit siyasəti, konservasiya və təbii resurslardan dayanıqlı istifadə" ECOserve layihəsi çərçivəsində bir qrup təlimçilərin Kürdəmir rayonu ərazində yaradılmış fermer qrupları üçün məsləhət xidməti həyata keçirirlər.

Əkinçilik ETİ əməkdaşları N.Əzizova və S.Abasquliyeva GAP4AZ – Azərbaycan üçün Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələri üzrə Təlim Proqramı çərçivəsində təlimçi kimi Kürdəmir rayonunun bir qrup fermerləri ilə görüşlərin keçirilməsinin əsas məqsədi ətraf mühitin qorunması, təbii ehtiyatların mühafizəsi və səmərəli istifadə edilməsi, biomüxtəlifliyin zənginləşməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına dair fermerlərin maarifləndirilməsidir.

Bu məqsədin əsasında fermerlərə məxsus  torpaq ərazilərdə Çiçəkli bitki zolağı, Yaşıl bitki örtüyünün salınması, torpaq münbitliyinin yüksəldilməsi və s. kimi  fəaliyyət paketləri vardır.

Tədbirdə torpaq analizi, torpağın minimum becərilməsi, quraqlığa davamlı növlərdən istifadə və s. əsasında suvarma suyundan səmərəli istifadə üzrə tövsiyələrin verilməsi mövzusunda müzakirələr aparıldı.

© 2020 Əkinçilik ETİ