Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin təşkilatçılığı ilə onlayın toplantı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdovun rəhbərliyi ilə Əkinçilik və Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutlarının rəhbər heyətinin onlayn toplantısı keçirilib. Toplantıda İnstitutların Bölgə Təcrübə Stansiyaları, Dayaq Məntəqələri və Yardımçı Təcrübə Təsərrüfatlarında dənli, dənli-paxlalı bitkilərin  toxum istehsalının və texniki bitkilərin əkin sahəsinin vəziyyəti, növbəti il üçün yüksək reproduksiyalı toxum istehsalının əkin strukrunun müzakirəsi və digər istiqamətdə məsələlər gündəmə gətirilib. Toxum istehsalında və innovativ texnologiyaların tətbiqində mövcud problemlər araşdırılaraq müzakirə olunub və təkliflər irəli sürülüb. 

© 2020 Əkinçilik ETİ