Xəbərlər

Əkinçilik ET İnstitutunun Qobustan BTS öz məhsulları ilə Şamaxı şəhərində keçirilən toxum yarmarkasında iştirak edib

KTN-nin AXA-nın və Dövlət Taxıl fondunun təşkilatçılığı  ilə Şamaxı şəhərində taxıl toxumlarının sərgi satış yarmarkası keçirilib. Yarmarkada Əkinçilik ET İnstitutunun Qobustan BTS da öz məhsulları ilə təmsil olunub. Sərgidə Əkinçilik ET İnstitutunda yaradılmış və Qobustan BTS-də elit toxumu istehsal olunan sortların toxumundan nümunələr və dərzlər nümayiş etdirilib. Nəmliklə təmin olunmamış və qismən təmin olunmuş  dağlıq və dağətəyi dəmyə bölgələr və suvarma bölgələri üçün yaradılmış Qobustan, Ləyaqətli 80, Xəzri, Baba 75 buğda və Dəyanətli, Nuranə arpa sortları toxumçu fermerlərdə xüsusi maraq doğurub. Bununla əlaqədar olaraq təqdim edilən sortların bioloji  və aqronomik xüsusiyyətləri və becərmə aqrotexnikaları haqqında məlumat verilib və dərzləri  göstərilib. Bundan  başqa fermerlər qeyd olunan bölgələrdə rayonlaşdırılması üçün Dövlət Komissiyasına təqdim olunmuş Yubiley 90, Gülüstan 100, Lider və Çempion buğda sortları haqqında da məlumatlandırılıblar. Əkinçilik ET İnstitutunda yaradılmış və yerli şəraitə uyğun olan sortların elit toxumlarının əldə edilməsi qaydalar da toxumçu fermerlərə  izah edilib.

© 2020 Əkinçilik ETİ