Xəbərlər

Əkinçilik ETİ-nin Cəlilabad BTS öz məhsulları ilə toxum sərgi-satış yarmarkasında iştirak edib

Cəlilabad rayonunda təşkil olunmuş sərgi-satış yarmarkasında Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.    

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad BTS-si Təcrübə stansiyasının direktoru Şahlar Əsədullayev başda olmaqla Əkinçilik ETİ-ni Toxum sərgi-satış yarmarkasında təmsil edərək öz məhsulları ilə iştirak edib. Sərgidə Əkinçilik ET İnstitutunda yaradılmış və Cəlilabad BTS-də elit toxumu istehsal olunan “Cəlilabad 19” arpa sortu, “Qobustan” yumşaq buğda sortu, “Sadiq” arpa sortu və “Bərəkətli 95” bərk buğda sortlarının toxumundan nümunələr nümayiş etdirilib. 

Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ