Xəbərlər

Əkinçilik ET İnstitutu Xaçmaz rayonunda keçirilən toxum sərgi-satış yarmarkasında iştirak edib

KTN-nin AXA-nın və Dövlət Taxıl fondunun təşkilatçılığı  ilə Xaçmaz taxıl toxumlarının sərgi-satış yarmarkası keçirilib. Əkinçilik ET İnstitutu da yarmarkada iştirak edib. Sərgidə Əkinçilik ET İnstitutunda yaradılmış və hazırda istehsal olunan,  yeni rayonlaşmış və perspektivli yumşaq  və bərk buğda, o cümlədən  arpa və noxud sortları nümayiş olunub. Sortlar  toxumçu fermerlərdə xüsusi maraq doğurub. Bununla əlaqədar olaraq təqdim edilən sortların bioloji və aqronomik xüsusiyyətləri və becərmə aqrotexnikaları haqqında məlumat verilib. Yerli sortların yaradılmasında müstəsna rolu olan Əkinçilik ET İnstitutunun sərgilədiyi sortlara yerli fermer və təsərrüfatçılar böyük maraq göstəriblər ki, onlarla bu haqda geniş aspektdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

© 2020 Əkinçilik ETİ