Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları Xaçmaz rayonunda KTN-nin, AXA-nın və FAO-nun təşkil etdiyi “Kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirləri” mövzusunda keçirilən tədbirdə iştirak edib

Kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizə ilə bağlı fermerlərin maarifləndirilməsi davam etdirilir. Bunula bağlı Xaçmazda “Kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirləri” mövzusunda keçirilən görüşdə Aqrar Xidmətlər Agentliyinin və Elmi-tədqiqat İnstitutlarının rəhbərləri və əməkdaşları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, bölgə fermerləri, həmçinin Əkinçilik ET İnstitutunun əməkdaşları da iştirak edib.

Tədbirin əsas məqsədi fermerləri zərərli orqanizmlərə qarşı inteqrir mübarizə (İntegrated Pest Management-IPM) tədbirlərinin prinsipləri, üstünlükləri, pomidor bitkisində inteqrir mübarizə tədbirləri barədə məlumatlandırmaq, həmçinin layihə çərçivəsində əldə olunmuş müsbət nəticələri təşviq etməkdir.

Tədbirdə keyfiyyətli məhsul istehsalının artırılmasında, ekoloji cəhətdən təmiz məhsul istehsalı üzrə imkanların genişləndirilməsində, istehsal olunmuş məhsulun ixrac potensialının artırılmasında, istehsalçıların bitki mühafizəsi üzrə məsrəflərinin azaldılmasında, insan sağlamlığının və ətraf mühitin qorunmasında inteqrir bitki mühafizəsi sisteminin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə məruzələr dinlənilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.

© 2020 Əkinçilik ETİ