Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq haqqında müqavilə bağlayıb

14 sentyabr 2021-ci il tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutu Ağstafa rayonu, Qırılı kəndi Musayev Şakir Sərdar oğlu  və “Ağstafa Aqrar Sənaye Kompleksi “ Anar Rəsul oğlu Orucov şəxsində əməkdaşlıq haqqında müqavilə bağlayib.  

Ağstafa rayonu, Qırılı kəndi Musayev Şakir Sərdar oğlu şəxsində bağlanmış Müqavilənin predmetini fiziki şəxs Musayev Şakir Sərdar oğluna məxsus 4 ha torpaq sahəsində tərəflərin razılığı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən yeni sortların və innovativ texnologiyaların nümayişi, tarla şəraitində nümayiş əkinlərinin təşkili, əkin sahələrinin becərilməsinə dair tövsiyyələrin verilməsi, yeni sortların məhsuldarlığının yüksəldilməsi, iqtisadi cəhətdən daha səmərəli agro şəraitin müəyyən edilməsi; Elmi əsaslarla nümayiş sahəsində digər fermerlər üçün tərəflər arasında razılaşdırılmış və təsdiqlənmiş tədbirlər planına uyğun elmi-praktiki seminarlar, tarla günləri və təlimlərin təşkil olunması; Nümayiş sahəsinin torpaq  analizləri, əkin sxemi, səpin və gübrə  normalarının müəyyən   edilməsı və tətbiqi,  fitosanitar  nəzarət, dənin keyfiyyət analizləri və s. məsələlər təşkil edir.

“Ağstafa Aqrar Sənaye Kompleksi “ Anar Rəsul oğlu Orucov şəxsində əməkdaşlıq haqqında bağlanmış müqaviləyə əsasən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Ağstafa Aqrar Sənaye Kompleksi“-nə məxsus seçilmiş torpaq sahələrində qarşılıqlı razılaşma əsasında analiz üçün torpaq nümunələrinin götürülməsi, analizlərin aparılması, təsərrüfatda əkiləcək bitki və sortların seçilməsi, texnoloji paketin və xəritənin hazırlanaraq tətbiq edilməsi, yüksək məhsuldarlığa nail olmaq üçün elmi təminatın verilməsi və “Ağstafa Aqrar Sənaye Kompleksi “-də toxumçuluğun inkişaf etdirilməsi həyata keçirəcək. 

© 2020 Əkinçilik ETİ