Dissertasiya işinin ilkin geniş müzakirəsi həyata keçirilib
Əkinçilik ET İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının kiçik elmi işçisi Rəhilə İslamzadənin “31.01.01-Aqrokimya” ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün “Səpin və gübrə normalarının arpanın məhsuldarlığına və azotun mənimsənilməsinə təsirinin öyrənilməsi” mövzusunda dissertasiya işinin ilkin geniş müzakirəsi keçirilib.
Müzakirədə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları və Əkinçilik ET İnstitutunun Elmi Şurasının üzvləri iştirak ediblər.