Xəbərlər

Rusiya Federasiyasının "Sirius" MMC və Kuban Dövlət Aqrar Universitetinin nümayəndələrinin iştiraklilə onlayn görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Sirius MMC və Kuban Dövlət Aqrar Universitetinin nümayəndələrinin iştiraklilə onlayn görüş keçirilib. 
Görüşdə Əkinçilik Elmi-Tədqiqit İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva iştirak edib. 
Tədbirin keçirilməsində məqsəd təqdim olunan ekoloji təmiz gübrənin xüsusiyyətlərinin birgə müzakirə edilməsi olub. 
Qeyd edək ki, təqdim olunan məhsulun gələcəkdə əməkdaşlıq çərçivəsində sınaqdan keçirilməsində Əkinçilik ET İnstitutunun maraqlı olduğu bildirilib.
© 2020 Əkinçilik ETİ