Xəbərlər

“Respublikada taxıl əkinlərinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyevin sədrliyi ilə onlayn formatda “Respublikada taxıl əkinlərinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib. 
İclasda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri ilə yanaşı Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və istehsalat üzrə direktor müavini Atif Zamanov iştirak ediblər. 
Tədbirdə respublikada taxıl əkinlərinin ümumi mövcud vəziyyəti müzakirə olunub, problemlər və onların həll yolları müəyyənləşdirilib, taxıl sahələrində ardıçıl olaraq monitorinq aparılmasının vacibliyi də diqqətə çatdırılıb.
© 2020 Əkinçilik ETİ