“Soya emalının inkişafı” mövzusuna həsr edilmiş onlayn görüş keçirilib
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif qurumlarının və “GP SOY PROCESSİNG” MMC, “QİDA-AGRO” MMC iştirakilə “Soya emalının inkişafı” mövzusuna həsr edilmiş onlayn görüş keçirilib. Görüşdə soya bitkisinin əhəmiyyəti, istehsal imkanları və emalı müzakirə olunub.
Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov da həmin tədbirdə iştirak edib.