Xəbərlər

Kürdəmir rayonunda fermerlər üçün təlimlər keçirilib

Əkinçilik ET İnstitutunun təşkilatçılığı ilə Kürdəmir rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində institutun istehsalat üzrə direktor müavini, b.ü.f.d, dosent Atif Zamanov “Dənli taxıl bitkilərindən yüksək məhsul alınması üçün aparılan aqrotexniki tədbirlər sistemi” və institutun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. dosent Etibar İbrahimov tərəfindən isə “Dənli taxıl bitkilərində zərərverici orqanizmlərin məhsuldarlığa təsiri və onlara qarşı mübarizə üsulları” mövzularında təlimlər keçiblər. Təlimlərdə DAİM əməkdaşları, mütəxəssislər, fermerlər və Əkinçilik ET İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasının direktoru Saday Məmmədov iştirak ediblər.

© 2020 Əkinçilik ETİ