Xəbərlər

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Xocalı - 30” adlı anım tədbiri keçirilib. Xocalı soyqırımında, o cümlədən Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbir giriş sözü ilə açan institutunun direktoru Faiq Xudayev bildirib ki, 20-ci əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 30 il ötür. O, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb. Qeyd edib ki, ermənilərin Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.
Tədbirdə çıxış edən institutun digər əməkdaşları diqqətə çatdırıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. 
Tədbirdə institutun əməkdaşları Xocalı faciəsi ilə bağlı ürək sözlərini bildiriblər. Sonda Xocalı faciəsi haqqında video çarx nümayiş olunub.
© 2020 Əkinçilik ETİ