Xəbərlər

Tərtər rayonunda fermerlər üçün təlimlər keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində institutun istehsalat üzrə direktor müavini, b.ü.f.d, dosent Atif Zamanov “Dənli taxıl bitkilərindən yüksək məhsul alınması üçün aparılan aqrotexniki tədbirlər sistemi” və institutun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. dosent Etibar İbrahimov “Dənli taxıl bitkilərində zərərverici orqanizmlərin məhsuldarlığa təsiri və onlara qarşı mübarizə üsulları” mövzularında təlimlər keçiblər. 
Təlimlərdə DAİM əməkdaşları, mütəxəssislər və fermerlər iştirak ediblər. 
© 2020 Əkinçilik ETİ