Xəbərlər

Elmi Şuranın növbəti iclası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi Şuranın növbəti iclası keçirilib. Gündəlikdə ƏETİ-nin 2021-ci ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat yığıncağının keçirilməsi, 2022-ci ilə dair elmi-tədqiqat işlərinin mövzu, iş və təqvim planlarının müzakirəsi və təsdiqi, institutun şöbə və laboratoriyalarının fəaliyyət planlarının hazırlanması, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim edilən müxtəlif preparatların və gübrələrin sınağının aparılması, elit toxumun müəllif haqqının yenidən müəyyənləşməsi, istehsal edilmiş R1 və R2 reproduksiyalı toxumlara müəllif  haqqının alınması, cari məsələlər və s. müzakirə olunub, müxtəlif fikirlər və təkliflər səsləndirilib.

© 2020 Əkinçilik ETİ