Xəbərlər

Ucar rayonunda “İnnovasiya Festivalı” keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində keçirilən “İnnovasiya Festivalı”nın növbəti məkanı Ucar rayonu olub.
Festivalda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva, “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçi Ehtibar İbrahimov, “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Zöhrab Qəribov iştirak ediblər.
Tədbirdə institutun mandatına daxil olan bitki nümunələri, yumşaq və bərk buğda, arpa, vələmir, kinoa, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras və s. bölgəyə xas nümunələr və dron nümayiş olunub. Fermerləri maraqlandıran suallar institutun əməkdaşları tərəfindən cavablandırılıb.
© 2020 Əkinçilik ETİ