Xəbərlər

“Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutu və “AGROVIT” MMC-nin birgə təşkilatçılığı ilə “Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, taxılçılıqla məşğul olan dövlət və özəl qurumların rəhbərləri, nümayəndələri, institutun kollektivi və Əkinçilik ET İnstitutunun Bölgə Təcrübə Stansiyalarının direktorları iştirak ediblər. 
Tədbirdə Kənd Təsərrüfarl Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” söbəsinin müdir müavini Fərman Kərimov, Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, “AGROVIT” MMC-nin direktoru Cəfər Əliyev, “AGROVIT” Lab MMC-nin direktoru İbadulla Qurbanov, Aqrar Xidmətlər Agentliyinin şöbə müdiri Möhtəsim Əhmədov, Əkinçilik ET İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov, Azəraqrar Dövlət İstehsalat Emal Birliyi MMC-nin şöbə müdiri Afaq Abbasova, “Fructus” MMC-nin direktoru Rasim Bəxşi, “Gilan Dairy Farms”dan Qafur Qurbanov, toxumçu fermer Vüqar Qismətov və başqaları çıxış ediblər. 
Tədbirdə taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində yaranan mövcud problemlər müzakirə olunub, həlli yolları araşdırılıb. Sonda Əkinçilik ET İnstitutu ilə “AQROVİT” MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Tərəflər birgə kənd təsərrüfatı bitkilərinin xüsusilə dənli taxıl bitkilərinin yerli sortlarının toxumçuluğu sahəsində səmərəliyinin yüksəldilməsi, o cümlədən Əkinçilik ET İnstitutu tərəfindən yaradılmış və dövlət qeydiyyatında olan sortların superelit və elit toxum istehsalının intensiv artırılması, introduksiya olunmuş sortların müxtəlif bölgələrdə öyrənilməsi, yeni sortların yaradılması və bu sahədə innovativ texnologiyaların qarşılıqlı mübadiləsi sahəsində fəaliyyətləri birgə koordinasiya etmək istiqamətində razılığa gəliblər. Memorandumun məqsədi dənli taxıl bitkilərinin yerli sortlarının superelit və elit reproduksiyalı toxumlarının intensiv artırılması və istehsalı, digər mümkün aqrotexnoloji təcrübələrin həyata keçirilməsi, introduksiya olunmuş sortların müxtəlif bölgələrdə öyrənilməsi, yeni sortların birgə yaradılması həmçinin kadr hazırlılğı sahələrində əməkdaşlığın və məlumat mübadiləsinin aparılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiat İnstitutu və “AQROVİT” MMC arasında tərəfdaşlıq əlaqələrinin yaradılması və birgə tədbirlərin həyata keçirilməsidir.
© 2020 Əkinçilik ETİ