Xəbərlər

Monitorinq qrupu əkin sahələrinə baxış həyata keçirib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarından ibarət monitorinq qrupu Ağstafa, Tovuz, Goranboy, Bərdə, Tərtər rayonlarında, eləcə də Azəraqrar MMC-nin Samuxda yerləşən sahələrində monitorinq həyata keçiriblər.

Ekoloji problemlərlə əlaqədar Respublikamızın dəmyə və suvarılan bölgələrində su çatışmazlığından dəyən ziyanın qiymətləndirilməsi, tövsiyyələrin verilməsi, quraqlığın təsirindən dəymiş ziyanın limitləşdirilməsi məqsədilə yerində sahələrə baxış keçirilib və hazırki vəziyyət (çıxış, gübrələmə, alaqlanma dərəcəsi və mübarizə, suvarma və s.) qiymətləndirilib. 

© 2020 Əkinçilik ETİ