Xəbərlər

“ATP Azorganik” Açıq Tarla Platformasında növbəti tarla işləri həyata keçirilib

Ağdaş rayonunda təşkil edilmiş “ATP Azorganik” Açıq Tarla Platformasında Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ), “Azorganik" Kənd Təsərrüfatı istehsal - istehlak kooperativi və “Etalon Agro” MMC-nin birgə layihəsi çərçivəsində növbəti tarla işləri həyata keçirilib.
ƏETİ-nin əməkdaşları tərəfindən ərazidə təşkil edilmiş nümayiş əkinlərinə müxtəlif gübrə və fərqli gübrə normaları və respublikada ən geniş yayılmış kökdən kənar yemləmə, həmçinin qida maddələrinin tətbiqi həyata keçirilib.
Aparılan işlər institutun “Torpaq və bitki analizləri” laboratoriyasının müdiri Laçın Novruzov tərəfindən icra edilib.
Qeyd edək ki, açıq tarla platforması fermerlərin yerli və xaricdən introduksiya olunmuş buğda və arpa sortlarının müxtəlif mineral və üzvi gübrələrlə, fərqli gübrə normaları ilə becərilmiş nümayiş əkinləri müqayisə edə bilmələri üçün şəraitinin yaradılması, müasir və elmi nəticələrə əsaslanan əkinçilik vərdişlərinin bölgə fermerləri arasında yayılmasını təmin etmək üçün həyata keçirilib.
© 2020 Əkinçilik ETİ