Xəbərlər

Cəlilabad rayonunda fermerə məxsus əkin sahəsinə baxış keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Şahlar Əsədullayev, Sevda Abdulbaqiyeva, Namella Əzizova və Ehtibar İbrahimov Cəlilabad rayonunun Ocaqlı kəndində fermer Ziyəddin Həsənova məxsus “Xudafərin” buğda sortunun əkin sahəsinə baxış keçiriblər. Belə ki, yemləmə gübrəsi olaraq hektara fiziki çəkidə 100 kq karbomid tətbiq edilib. Təkrar yemləmə kimi 20 kq karbomid 200 litr suda həll edilərək kökdən kənar verilib. Alaq otlarına qarşı kimyəvi mübarizə aparılıb. Ətraf əkin ərazilərindən alaq otlarının təmizliyinə görə üstün olmaqla sahənin görünüşü yaxşı dəyərləndirilib.

© 2020 Əkinçilik ETİ