Xəbərlər

Hacıqabul rayonunda “Yerli şəraitə uyğun sortların seçilməsi, toxumunun artırılması və bazara çıxarılan toxumların üstünlükləri” mövzusunda təlim keçirilib

Hacıqabul rayonunda “Agro Dairy” MMC-də “Yerli şəraitə uyğun sortların seçilməsi, toxumunun artırılması və bazara çıxarılan toxumların üstünlükləri” mövzusunda təlim keçirilib.

Təlim şirkətin təlimçiləri Məmmədzadə Nəbiyev və Əsəd Qurbanzadə tərəfindən həyata keçirilib. Təlimdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin əməkdaşları Hüseyn Feyzullayev və Aydın Məmmədov iştirak ediblər.

Təlimdə sortların sınaqları və seçilmə meyarları, “Agro Dairy”də becərilən payızlıq buğda sortları, toxumçuluq, toxum emalı və sertifikatlaşdırılması, toxum satışı və marketinqi kimi aktual məsələlər haqqında məlumatlar verilib.

Sonda mövzu üzrə suallar cavablandırılıb.

© 2020 Əkinçilik ETİ