Xəbərlər

"Coalesce" Tədqiqat Qrupu tərəfindən virtual rejimdə Bitki Elmi və Molekulyar Biologiya üzrə 5-ci Beynəlxalq Vebinar keçirilib

Amerikada "Coalesce" Tədqiqat Qrupu tərəfindən virtual rejimdə Bitki Elmi və Molekulyar Biologiya üzrə 5-ci Beynəlxalq Vebinar təşkil olunub. Konfransın mövzusu eyni dərəcədə bitki elmləri və molekulyar biologiyanın kritik tərəflərini geniş şəkildə əhatə edən bitkiçilik və molekulyar biologiya sahəsinə artan tələblərə həsr olunub.
Bitki elmi və molekulyar biologiya bölməsi bitki elmi və molekulyar biologiyanın genişlənməsi (kənd təsərrüfatı və bitkiçilik elmi, bitki mühəndisliyi, biologiya, davamlılıq, bitki inkişafı, dərman, bioloji) və kimya əsasları üçün həllər tapmağa kömək edən bütün əsas və kiçik mövzuları əhatə edib.
Konfransda əsas məruzə və plenar çıxışlar, gənc tədqiqatçılar forumu, seminarlar, simpoziumlar, video təqdimatlar, poster təqdimatları, elektron posterlər, sərgilər və bitki elmləri və molekulyar elmlər sahəsində ən son təkmilləşdirmələrə dair B2B görüşləri üçün imkanlar yaradılıb.  
Konfransın hədəf auditoriyaları bunlarda ibarət olub: Bitki  elmləri və molekulyar biologiya, Bağçılıq elmləri və biotexnologiya, Bitki xəstəliklərinə nəzarət, Bitki-mikrob qarşılıqlı əlaqəsi, Bitki elmində trendlər, Bitki molekulyar biologiyası, Otlar, ədviyyatlar və dərman bitkiləri, Kənd təsərrüfatı və bitkiçilik elmi, Bitkilərin təkamülü və inkişafı, Bitki genetikası və genomikası, Bitki anatomiyası və embriologiyası, Bitki anatomiyası və morfologiyası, Bitki mikrobiologiyası və fikologiyası, Bitkiçilik və bağçılıq elmi, bitki plastikliyi, Bitki taksonomiyası, Bitki və ətraf mühit elmləri və s.
Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası” şöbəsinin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov iştirak edib. O, konfransa “Modern research in the study of the main physiological indicators of drought-resistant wheat genotypes in relation to productivity” adlı məqalə ilə müraciət edib. Təqdim edilən məqalə yüksək səviyyədə dəyərləndirilərək konfransın əsas bölməsində yer alıb. Məqaləyə konfransın elmi-təşkilat komitəsinin üzvüləri tərəfindən müsbət rəy verilib.   
Konfransın yekununda sertifikatlar təqdim edilib.
© 2020 Əkinçilik ETİ